Modern.az

Həzz – İztirab

Həzz – İztirab

Ədəbi̇yyat

1 Yanvar 2014, 22:26

(İçsəs)

İnsan yaşamda həzz axtarır.

***
Yalnız mənalıda həzz var. Mənasızda ağrı-acı, iztirab var.

***
Mənalı həzz – ruhanidir, mənasız həzz – qeyri-ruhanidir.

***
Bizi dünyaya, yaşama inandıran – mənalı həzlərdir.

***
İçki, uyuşdurucu ilə həzz alırlar, ona görə iztiraba düşürlər: ruhani tələbatı qeyri-ruhani yolla ödəyirlər.  

***
Daha çox pul qazanan – daha çox həzz əldə etmək istəyəndir.

***
Ləyaqətdən keçən üçün çox pul qazanmaq – həzzdir.

***
Ləyaqətli üçün gərəkəndən artıq pul qazanmaq – ağrı-acı, iztirabdır.

***
Varlı olmaq – yaşamda başqalarından daha çox həzz almaq istəyidr.

***
Başqasını yoxsul etmək – yaşam həzzindən məhrum etməkdir, ona iztirab yaşatmaqdır.

***
Varlı – yaşamda insana həzz verən maddi hər şeyi pulla əldə edə bilir.

***
İnsan yalnız maddini almır – maddidəki həzzi satın alır.

***
İnsan əslində maddiyə olan tələbatını ödəmir – maddidəki həzzə olan tələbatını ödəyir.

***
İnsanın ruhani fəaliyyətinin başlıca məqsədi – məna yaratmaqdır.

***
Yaşamımızı gözəl, şəraitimizi rahat istəyirik – bizə həzz versin.

***
İnsanın yaşamda başlıca məqsədi – ruhani həzzə yetməkdir, iztirabı yox etməkdir.

***
Yalnız yaşama, dünyaya idraki, ruhani yanaşma insanı doğruçu həzzə çatdırır.

***
Yaşama, dünyaya qeyri-ruhani yanaşma – insanı ağrı-acıya salır.

***
Bütün ruhani həzzlərin arxasında insani fəaliyyət dayanır.

***
Bütün iztirabların arxasında antiinsani fəaliyyət dayanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı