Modern.az

Bakıda Küçə kitab hərəkatı başladı!

Bakıda Küçə kitab hərəkatı başladı!

3 Yanvar 2014, 21:33

Modern.az xəbər verir ki, Küçə kitab hərəkatının məqsədi, paytaxtda, bölgələrdə və eləcə də digər ölkələrdə kitab şəbəkəsinin yaradılmasıdır. Birinci mərhələdə könüllü şəkildə kitablar toplanılır, daha sonra həmin kitablar paytaxt ərazisində müxtəlif yerlərə qoyulur və o kitablar öz təsadüfi sahiblərinə bu yolla çatmış olur. Kitabın içərisində bu kitabın Küçə kitab hərəkatına məxsus olduğu və bu kitaba hansı şərtlər altında sahib olunduğu qeyd olunur. Daha sonra kitabın təsadüfi sahibi kitabı oxuyub bitirdikdən sonra növbəti sahibinə çatması üçün paytaxt ərazisində hərhansı bir guşəyə qoyur. Kitabların hər yeni sahibi kitabın onda olduğunu bildirmək üçün, kitabın içində qeyd olunan Facebook qrupuna məlumat yerləşdirir.

İkinci mərhələdə bu prosses olduğu kimi, bölgələrdə də davam edəcək və bu prosses Küçə kitab hərəkatının bölgələrdəki nümayəndəlikləri tərəfindən həyata keçiriləcək. Nümayəndəliklər tərəfindən toplanılan kitablar, digər bölgələrdəki nümayəndəliklərə göndəriləcək və beləcə qarşılıqlı kitab dəyişimi baş tutacaq.

Üçüncü mərhələdə Azərbaycan müəlliflərinin kitabları ingiliscəyə tərcümə olunaraq xarici ölkələrdəki hərəkatın nümayəndələrinə göndəriləcək və eyni qaydada kitablar yayılacaq.

Bu kitabların istiqamətinin itirilməməsi üçün, sosial şəbəkələrdə qruplar və veb sayt yaradılacaq. Hər bir oxuyucu əldə etdiyi kitab haqqında məlumatı qeyd olunan yerlərdə yerləşdirəcək. Kitablar xüsusi formatda şifrələnəcək və kitabın ilk sahibi kitabının hal-hazırda harda olduğu barədə məlumat əldə edə biləcək.

Bundan əlavə oxuyucular oxuduqları kitab haqqında təəssüratlarını bölüşmək üçün video və ya yazı formatında veb saytımızda xüsusi bölmədə yerləşdirə biləcək.

Bu hərəkatın başlanması və uğurla davam etməsi üçün, kitablarınızı bizə etibar etməyinizi xahiş edirik. Sizin kitablarınız dünyanın fərqli nöqtələrində tamamilə təsadüfi insanlar trəfiindən oxunulacaq və sizin bu haqda məlumatınız olacaq və eləcə siz də hərhansı təsadüfi şəxsin kitabını əldə edə biləcəksiniz Əlavə məlumat üçün : //www.youtube.com/watch?v=pFQH4z-pszI

Əlaqə : //twitter.com/StreetBookMov //www.facebook.com/StreetBookMov //www.facebook.com/StreetBook //www.facebook.com/EyyubovFerid

[email protected]

[email protected]

[email protected]

(+99451) 568 95 69 - Fərid Eyyubov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı