Modern.az

ABŞ əsgərləri İraqda cəsədləri yandırırlar - FOTOLAR

ABŞ əsgərləri İraqda cəsədləri yandırırlar - FOTOLAR

Dünya

16 Yanvar 2014, 13:11

Amerika əsgərlərinin İraqda müqavimət göstərənlərin cəsədlərini yandırdığı iddia edilir. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bir internet saytında fotoşəkilləri ilə birlikdə nəşr olunan xəbərlə bağlı şərh verən Pentaqonun sözçücü 'Əsgərlərimizdən gözləmədiyimiz bir şeydir', - deyib.
  Xəbərdə qeyd edilir ki, Amerikanın dəniz piyadaları 2004-cü ildə İraqın Fəllucə şəhərində müqavimət göstərənlərin cəsədlərini yandırıblar. “TMZ.com” adlı xəbər saytında nümayiş olunan fotoşəkillərdə, Amerika dəniz piyadalarının Fəllucədə bir evin bağçasında yerdə yatan müqavimətçilərin cəsədlərini atəşə verdikləri görülür. ABŞ Dəniz Piyada Qoşunlarının sözçüsü podpolkovnik Neil F. Murphy haqqında söhbət fotoşəkillərdə görünən detalların araşdırıldığını, ayrıca üzləri görülən dəniz piyadalarının şəxsiyyətlərinin təsbitinə çalışıldığını bildirib. O, ilkin araşdırmadan sonra vəzifəsindən sui-istifadə etmə ehtimalı çərçivəsində istintaq açıla biləcəyini də istisna etməyib.    









Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı