Modern.az

Fazil Mustafanın Nuru Paşa haqda kitabı çapdan çıxıb - FOTO

Fazil Mustafanın Nuru Paşa haqda kitabı çapdan çıxıb - FOTO

Ədəbi̇yyat

13 Fevral 2014, 13:34

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın yeni kitabı çapdan çıxıb.

Modern.az-ın xəbərinə görə, “Zamanı tələsdirənlər” adlı kitab «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görüb.

Kitabda Fazil Mustafanın 2013-cü ilin sonlarında dövri mə­t­bu­at­da və sosial şəbəkələrdə dərc olunmuş məqalələri yer alıb. Müəl­li­fin siyasi, dini, fəlsəfi düşüncələri, günün aktual prob­lem­lə­ri­nə baxışı, ayrı-ayrı opponentlərin iradlarına cavab yazıları oxucular üçün ma­raqlı ola­caq.

Nuru Paşa və onun komandanlıq etdiyi Qafqaz İslam Ordusunun
imanlı əsgərlərinin ruhuna ithaf olunan kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır