Modern.az

31 yaşlı qadın 6 əkiz uşaq doğub

31 yaşlı qadın 6 əkiz uşaq doğub

İqtisadiyyat

25 May 2010, 11:15

Böyük Britaniyada doğuşlarda müşahidə olunan nadir hal qeydə alınıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Oksforddan olan 31 yaşlı qadın 6 əkiz  dünyaya gətirib.  Viki Lemb adlı qadın 4 qız və daha 2 oğlan doğub. Ən iri körpənin çəkisi (oğlan) 877 qram, ən kiçik körpənin çəkisi 594 qram olub. Hazırda ana və körpələr həkimlərin nəzarəti altındadır. Yaxın günlərin körpələr üçün kritik günlər hesab olunduğbu xəbər verilir. Onlar vaxtından əvvəl dünyaya göz açıblar.

Həkimlər körpələrə dəstək göstərilməsi üçün əllərindən gələni edəcəklərini söyləyiblər. Bu, Britaniyada son 4 əsrdə rast gəlinən ilk hadisə hesab olunur.

       

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü