Ermənistanda sosial problemlər, əhalinin yaşayış səviyyəsi gündən-günə daha da pisləşir. Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Jovoxurd” qəzeti məlumat yayıb. Sözügedən mətbuat orqanının bildirdiyinə görə 2010-cu illə müqayisədə ölkədə yoxsulluq göstəricilərinin azalması haqqında Ermənistan Milli Statistika Xidmətinin statistikaları həqiqəti əks etdirmir. Qəzet iddia edir ki, rəsmi rəqəmlər heç də Ermənistanda yoxsulluğun həqiqətən azalması anlamını ifadə etmir.
“Həqiqətən də insanlar pis şəraitdə yaşamağa davam edirlər. Amma rəsmi orqanlar rəqəmlərlə belə təəssürat formalaşdırmağa çalışır ki, guya yoxsulluq azalır. Minimal əmək haqlarının çox cüzi qaldırılması böhranın həlli demək deyil. Problemlər, səfalət, sosial gərginlik hələ də davam etməkdədir”, – deyə qəzet yazır.
Aqşin Kərimov