Modern.az

Hər kəsi güldürən Baatinin acı hekayəsi

Hər kəsi güldürən Baatinin acı hekayəsi

Ədəbi̇yyat

9 Mart 2014, 23:15


Son dövrlər sosial mediada bir Baatin küləyi əsir. Baatin adı altında çizilən  karikatura məsəlləri əməlli-başı məhşur olub. Böyük ayaqqabılı, qeyri-adi baş quruluşu olan Baatin bizim sevimlimizə çevrilib. Artıq bəzi hadisələrə də elə Baatinin dili ilə cavab veririk. Əslində Baatain kimdir? Onun arxasında dayanan nəfəs kimə aiddir.
Modern.az saytı sizi gerçək Baatinlə tanış edir.
Uğur Gürsoy 1976-cı ildə Türkiyənin Dənizli şəhərində anadan olub. Əsl peşəsi diş həkimi olan Uğur 2004-cü ildən köşə yazısı ilə mediaya qədəm qoydu. Sonra isə çizdiyi karikaturalarla “Uykusuz” adlı jurnalda işə başladı. Daha doğrusu jurnalın əsas adamlarından biri oldu. Əslində Baatin onun heç bir zaman əsas qəhrəmanı olmayıb. Baatin sadəcə Uğurun əsas qəhrəmanı olan Fırat xarakterinin dostu olub. Amma zamanla heç özü də hiss etmədən Baatin “solo” fəaliyyətə başlayıb.

Uğur deyir ki, Baatin indi bir fonemen olub. Amma məsələ getdikcə qarışıb, doğru Baatinlər və saxta Baatinlər meydana gəlib.
“Baatin durmadan fikirlər söyləyir. Düzü mənim bu qədər paylaşım etməyə vaxtım yoxdu. Sadəcə insanlar Baatinin rəsmini alır, boş xanaya fikirləri yazıb paylaşır. Mənim də bundan çox gec xəbərim oldu. Əslində Baatin də Fırat da fikirlərini “Uykusuz” dərgisində deyirlər. Sadəcə “Uykusuz” adı altında paylaşılanlar mənə aiddir. Amma olanlardan da rahatsız deyiləm. Çünki saxta Baatinlər doğrunun işini əngəlləmir. Əvvəl istədim hüquqi dava açım. Sonra gördüm Battinlır çoxalır. Baxdım ki, mümkün deyil. İndi izləyirəm məni rahatsız edəcək irqçi, cinsiyətçi və digər fikirlərə rast gəlmədim. Ona görə də fikirmdən də daşındım”.

Uğur Gürsoy deyir ki, əslində sonradan bu paylaşımlar onun da xoşuna gedib. Çünki çizdiyi xarakteri xalq sevib. Hətta Azərbaycanda da Baatin sevgisini duyub sevindi.

“Əslində sosial medianı çox izləyən biri deyiləm. Bunu mənə deyəndə çox sevindim. Düzü Baatinin  gülməli olanları məni də sevindirir. Amma tərzim olmayanlar da var”.

Uğurla söhbət zamanı “niyə məhz Baatin adını seçdiniz və bu Baatinin hekayəsi nədir”- deyə soruşdum. Cavabı maraqlıdır:
“Baattin atamın adıdır. Baatın xatrakterinin dostu Fırat isə ən yaxın dostumun. Əslində ad atamın olsa da, xarakter qonuşumuzdakı bir uşaqdır. Məhəlləmizdəki o uşağın atası-anası yoxdu. Ona babası və nənəsi baxırdı. O uşaq kiçik yaşlarından müxtlif yerlərdə işləməyə başlamışdı. Ağacın altında oturub mahnı oxuyurdu, siqaret çəkirdi. Həyat onu yaşından tez böyütmüşdü. Mən də o uşağın karikaturasın çəkərək, sosial mesaj vermişdim. Fırat isə dostum idi və həmişə pomidor pastası ilə çörək yeyirdi. Onu çizəndən sonra jurnala xeyli şikayət gəldi ki, uşaqlarımız bütün günü pomidor əzməsi ilə çörək yeyir. Sonra mən bu iki xarakteri bir yerdə çəkməyə başladım və onlar “dost” oldular”. 

İndi mən o Baatinin əsl qəhrəmanı olan o uşaqla maraqlandım. Nə edir? Yenəmi ağac altında oturur? Uğur dedi ki, indi Baatin kimya mühəndisidir. Dogru Baatinin ən çox istifadə etdiyi söz “səni bıçaqlaram”dır.
Bir sevimli xarakter üçün bu söz nə qədər dogru tapıntıdır- deyə soruşuram. Ugur deyir ki, əslində Baatin asi biridir. O bu həyatda çətinlik çəkən, dişi-dırnağı ilə həyatı qazanmış, küçələrdə böyüyən biridir. Onun sevimli sözü də budur. “Əslində bilirsinizmi, xalq qəbul etdi bu sözü. Demək ki, biçağa həvəsli xalqıq”.
Uğur öz xaraketinin zarafatlarına gülmür. Çünkü onun acı hekayəsini bilir. O sadəcə güldürür və bunun arxasındakı acının görülməsini istəmir.  


Məhsəti Şərif

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır