Modern.az

Pənah Hüseyn: “Məhkəmələr insanların ən az etimadı olan hakimiyyət qoludur”

Pənah Hüseyn: “Məhkəmələr insanların ən az etimadı olan hakimiyyət qoludur”

22 İyun 2010, 14:12

Modern.az xəbər verir ki, parlamentin bügünkü iclasında Azərbaycan Respublikasının müxtəlif məhkəmələrinə hakimlərin təyin olunması məsələsi müzakirəyə çıxarılıb. Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, təyin olunacaq hakimlərin 27-si son dövrlər test üsuli ilə seçilənlərdi. “Düzdü onların təcrübəsi çox olmaya bilər, amma hamısı müasir standartlara cavab verən hakimlərdir. İndiyə qədər heç bir qanun pozuntusuna yol verməyiblər. Türkiyədə tədris kurslarından da keçiblər”.

Müzakirələr başladıqdan sonra deputat Pənah Hüseyn çıxış edib: “Açıq demək lazımdır. Bu gün Azərbaycanda məhkəmələr insanların ən az etimadı olan hakimiyyət qoludur. Bu sahədə dəyişiklik lazımdır”.

Depuat Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarına, jurnalist Eynulla Fətullayev, həmçinin gənc blogerlər Emin Milli və Adnan Hacızadə ilə bağlı məsələlərə də toxunub. “Bu qərarları çıxarırılar, sonra Avropa Məhkəməsi əksinə qərar verir. Ancaq Avropa Məhkəməsinin qərarı ilə bağlı heç bir iş görülmür”.

Pənah Hüseyn onu da əlavə edib ki, inzibati xətalara və digər cinayətlərə görə də hakimlər ədalətsizliyə yol verirlər.

   

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı