Modern.az

"Həmkarlarımı bu məsələdə ehtiyatlı olmağa çağırıram”

"Həmkarlarımı bu məsələdə ehtiyatlı olmağa çağırıram”

Parlament

22 İyun 2010, 14:23

Modern.az xəbər verir ki, parlamentin bügünkü iclasında məhkəmə hakimlərinin təyin olunması məsələsinin müzakirəsində çıxış edən müxalifətyönlü deputatlar məhkəmə hakimiyyətinin işini ciddi tənqid ediblər. YAP-çı deputat Aydın Mirzəzadə əks fikirlər səsləndirib: “Özlərinin müxalifətçi obrazlarını möhkəmləndirmək üçün burada çıxış edirlər. Mən Ali Məhkəmə hakimliyinə namizədlərin əksəriyyətini tanıyıram. Onların fəaliyyəti məni tam qane edir. Burada Avropa Məhkəməsi ilə əlaqədar məsələ qaldırıldı. Qeyd edim ki, Avropa Məhkəməsinə ən çox şikayətlər elə Avropanın inkişaf etmiş ölkələrindən gəlir. Ancaq Avropanın inkişaf etmiş ölkələri bu məsələləri öz parlamentlərində müzakirəyə çıxarmırlar. Ona görə də həmkarlarımı bu məsələdə ehtiyatlı olmağa çağırıram”. Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı