Modern.az

ABŞ, Fransa və Rusiya prezidentləri Qarabağa dair bəyanat qəbul ediblər

ABŞ, Fransa və Rusiya prezidentləri Qarabağa dair bəyanat qəbul ediblər

Təhsil

27 İyun 2010, 16:51

Kanadanın Toronto şəhərində “Böyük Səkkizlər” sammiti çərçivəsində bir araya gələn ATƏT-in Minsk qrupu həmsədr ölkələri -  Amerika, Fransa və Rusiya prezidentləri Barak Obama, Nikola Sarkozi və Dmitri Medvedev Dağlıq  Qarabağa dair birgə bəyanat qəbul ediblər. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  liderlər birgə bəyanatlarında Azərbaycan və Ermənistan prezidentlərinə Qarabağ münaqişəsinin həllinə dair Sülh razılaşmasının əldə olunmasına zəmin yaratmaq məqsədilə nizamlamanın  əsas  prinisipləri üzərində işləri  başa çatdırmağa çağırıblar.

 

Prezidentlər öz ölkələrinin XİN-nə və vasitəçilərə  belə bir təlimat veriblər ki,  Qazaxıstanda Almatı şəhərində ATƏT ölkələrinin nazirlərinin qeyri-rəsmi forumu zamanı Azərbaycan və Ermənistan arasında keçiriləcək  görüş ərəfəsində Bakı və Yerevana sülh danışıqlarında mövcud olan fikir ayrılıqlarını aradan qaldırmağa kömək etsinlər.

 

Medvedev, Obama və Sarkozi bir daha bəyan ediblər ki, münaqişə tərəflərinə baza prinsiplərini razılaşdırmağa kömək etməkdə qərarlıdırlar.

 

“Ria-novosti” agentliyinin məlumatına görə,  prezidentlər öz bəyanatlarında hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, DQ-ın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və DQ-ni Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması  faktını irəliyə doğru mühüm addım sayırlar.

 

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun təklif etdiyi və “Madrid prinsiplərinin yeni variantı” adlanan paketi Azərbaycan qəbul edib, Ermənistan isə təkliflərə hələ ki birmənalı reaksiya verməyib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!