Modern.az

ATV-nin əməkdaşlarını döyən hərbçilərin işi Hərbi Prokurorluğa göndəriləcək

ATV-nin əməkdaşlarını döyən hərbçilərin işi Hərbi Prokurorluğa göndəriləcək

2 İyul 2010, 13:47

İyulun 1-də ATV telekanalının vəzifə borcunu yerinə yetirən iki əməkdaşı Yasamal Rayon Hərbi Komissarlığında zabitlərin fiziki hücumuna məruz qalıb. ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu Modern.az saytına deyib ki, müxbir Zaur Zahidoğlu və operator Ramin Şahbazov ciddi bədən xəsarəti alıblar. Operatora beyni silkələnməsi diaqnozu qoyulub. Məhkəmə tibbi-ekspertizinın rəyi də alınıb. Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət olunub. 26-cı Polis Bölməısi hadisəni araşdırır. Araşdırma aparıldıqdan sonra işin Respublika Hərbi Prokurorluğuna göndəriləcəyi gözlənilir.

Mail Ağaxanov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı