Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə diaspor mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq. Bu məqsədlə iyulun 17-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Mətbuat Şurasının və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə mərasim keçiriləcək. Bununla həmin təşkilatların «Diaspor mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılması» mövzusunda birgə layihəsinə yekun vurulacaq. Qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hər il milli mətbuat günü ərəfəsində diaspora mövzusunun işıqlandırılmasına dair müsabiqənin təşkili və qaliblərin mükafatlandırılması nəzərdə tutulur.
Mətbuat Şurasından Modern.az-a verilən məlumata görə, mükafatlandırılmanın həyata keçirilməsi üçün üç qurumun nümayəndələrindən ibarət birgə işçi qrupu yaradılıb. Qrup 2010-cu ilin əvvəlindən KİV-lərdə diaspor mövzusunda qələmə alınan materialların monitorinqini aparmaqdadır. Toplanmış müvafiq materiallar iyulun 12-dən müsabiqə üzrə yaradılan Münsiflər Heyətinə təqdim olunucaq. Həmin tarixədək müsabiqəyə yazı qəbulu da davam etdirələcək (yazılar iyulun 12-dək Azərbaycan Mətbuat Şurasına çap və elektron variantda əslləri ilə bilikdə təqdim edilməlidir).
Müsabiqənin mükafatlandırılma fondu aşağıdakı kimidir.
I yer - 1 nəfər 1000 manat
II yer - 2 nəfər 800 manat
I II yer - 3 nəfər 500 manat
Həvəsləndirici mükafat - 10 nəfər 200 manat
Qaliblərə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Mətbuat Şurasının və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin diplomları da təqdim olunacaq.
Modern.az