Modern.az

"Bakı KEL” müəssisəsində məhsullarını almayın!

"Bakı KEL” müəssisəsində məhsullarını almayın!

Təhsil

14 İyul 2010, 16:41

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə “Bakı KEL” kiçik müəssisəsinin istehsalı olan “Prince” adlı şaftalı nektarının etiketində istehsal tarixinin 2010-cu ilin iyul ayı göstərilməsi barədə daxil olmuş müraciətlə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Bakı KEL” kiçik müəssisəsində nektarların istehsalı və satışının qanunauyğunluğu ilə bağlı yoxlamaya başlayıb.

Yoxlama zamanı müəssisədə istehsal olunan “KEL” və “Prince” adlı nektarların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, “Aqua Lux” adlı saxta qazlı sular və “Aroma” əmtəə nişanlı saxta şirə və nektarlar istehsal edildiyi, “Vita Tropik” adlı multivitamin şirələrin üzərində istehsalçının adı və ünvanının göstərilmədiyi, saxlama müddəti keçmiş 978 litr “Premyer” adlı albalı nektarı və üzərindəki etiketləri çıxarılmış 381 litr “Prince” adlı albalı nektarı aşkar edilib.
Bundan başqa, müəssisənin istehsal sahəsində olan “Prince” adlı albalı nektarının qapağında son istifadə müddətinin 2010-cu ilin yanvar ayı göstərildiyi halda, üzərindəki etiketdə istehsal tarixinin 2010-cu ilin iyul ayı göstərildiyi və beləliklə də ticarət şəbəkəsindən geri qaytarılan vaxtı keçmiş məhsulların müəssisə tərəfindən istehsal tarixi saxtalaşdırılmaqla yenidən satışa çıxarıldığı müəyyən edilib.
Yoxlama zamanı həmçinin, müəssisədə antisanitariya şəraitinin hökm sürdüyü və yeyinti məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar, “Aroma” əmtəə nişanlı şirə və nektarların və “Aqua Lux” adlı qazlı suların istehsalı və satışının, “KEL”, “Premyer”, “Vita Tropik” və “Prince” adlı nektarların satışının təxirə salınmadan dayandırılması və bu məhsulların ticarət şəbəkəsindən geri yığılması, habelə saxlama müddəti ötmüş 978 litr və etiketləri çıxarılmış 381 litr albalı nektarının məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Bakı KEL” kiçik müəssisəsinə icrası məcburi göstəriş verilib.
Eyni zamanda, müəssisədə istehsal olunan hazır məhsullardan nümunə götürülərək laborator müayinəyə göndərilmişdir.
Araşdırmalar davam etdirilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmət istehlakçıları “Bakı KEL” kiçik müəssisəsində istehsal edilən nektar, şirə və qazlı suları almamağı tövsiyə edir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir