Modern.az

“Həsən bəy Zərdabi və “Əkinçi” kitabı təqdim olunub

“Həsən bəy Zərdabi və “Əkinçi” kitabı təqdim olunub

Qarabağ

14 İyul 2010, 17:09

İyulun 14-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) birgə təşkilatçılığı ilə “Həsən bəy Zərdabi və “Əkinçi” kitabının təqdimatı keçirilib.
Modern.az-ın məlumatına görə, milli mətbuatımızın 135 illik yubileyi münasibətilə nəşr olunmuş kitabda Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabi haqqında müxtəlif mənbələrdən toplanmış məlumatlar və xatirələrlə yanaşı, “Əkinçi” qəzeti ilə bağlı indiyədək nəşr edilməmiş yazılar da yer alıb. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova, qızı Qəribsoltan Məlikova, kürəkəni Əlimərdan bəy Topçubaşovun onunla bağlı xatirələri Azərbaycan dilində ilk dəfə bu kitabda nəşr edilib.
SAMF-ın sədri Musa Yaqub kitabın nəşrini milli mətbuatımızın yaranmasının 135-ci ildönümü ərəfəsində müasir Azərbaycan jurnalistikasının ustadının ruhuna ehtiramının əyani təzahürü kimi qiymətləndirib. O, qeyd edib ki, kitab milli mətbuatımızın banisinin zəngin və nəsillərə örnək olan həyat yoluna çıraq tutan original bir salnamədir.
“Xalq qəzeti” baş redaktorunun müavini Tahir Aydınoğlu deyib ki, Azərbaycan milli mətbuatının klassiki Həsən bəy Zərdabinin həyat və fəaliyyəti hər bir jurnalistə örnək olmalıdır. H.Zərdabi irsinin kifayət qədər araşdırılmadığını vurğulayan natiq kitabın bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
Digər çıxışlarda da kitabın milli mətbuatımızın 135 illik yubileyinə layiqli töhfə olduğu vurğulanıb, Həsən bəy Zərdabi haqqında xatirələrin ilk dəfə ana dilimizdə nəşri yüksək qiymətləndirilib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü