Modern.az

Bu gün II qrupun 28072 abituriyenti imtahan verir

Bu gün II qrupun 28072 abituriyenti imtahan verir

23 İyul 2010, 11:10

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

TQDK-dan verilən məlumata görə, qəbul imtahanları Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada  aparılır.

 

2010-cu ildə II qrup üzrə 28072 abituriyent ərizə təqdim edib.

Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan veriri. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat çəkəcək.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü