Modern.az

Türkiyə səfirliyi Azərbaycan jurnalistlərini mükafatlandıracaq

Türkiyə səfirliyi Azərbaycan jurnalistlərini mükafatlandıracaq

Qarabağ

28 İyul 2010, 19:56

Bu gün Türkiyənin ölkəmizdəki səfiri Hulusi  Kılıç Azərbaycan Mətbuat Şurasının yeni ofisinə baş çəkib. O, Şuranın yeni ofisinə təşrif gətirən ilk xarici qonaq və diplomatik nümayəndə olub. Səfir MŞ sədri Əflatun Amaşovu və həmçinin bütün ölkə jurnalistlərini milli mətbuatımızın yubileyi münasibətilə bir daha təbrik edib, əlamətdar ildönümü günündə media təmsilçilərinin böyük qrupunun dövlət təltiflərinə layiq görülmələrindən, Mətbuat Şurasının müasir tipli, hərtərəfli təchiz olunmuş yeni binaya köçməsindən məmnunluğunu bildirib. Şuradan Modern.az-a verilən məlumata görə, H.Kılıç bu ilin payızında İstanbulda keçirilməsi nəzərdə tutulan türkdilli xalqların jurnalistlərinin toplantısı barədə də ətraflı məlumat verib. Səfir tədbirin türk dünyası birliyinin möhkəmləndirilməsi baxımından xüsusi önəmə malik olduğunun vurğulayıb. Qonaq qarşıdakı həftədə səfirlik tərəfindən Türkiyə - Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin mükafatlandırılacağı barədə də danışıb.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov səfir H.Kılıça səmimi minnətdarlığını bildirərək milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı ölkəmizdə keçirilən tədbirlər barədə geniş məlumat verib. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Şuranın yeni binasının açılışında iştirakına, MŞ üzvləri ilə görüşdəki çıxışında ifadəsini tapan məqamlara toxunaraq bunu ölkə mediasına və jurnalistlərinə yüksək qayğı nümunəsi kimi qiymətləndirib. Şura sədri bildirib ki, belə həssas münasibət mətbuatın problemlərinin həllinə kompleks yanaşmanın yeni  mərhələsidir. Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü