Modern.az

Klinton Obamanı qızının toyuna çağırmadı

Klinton Obamanı qızının toyuna çağırmadı

Təhsil

29 İyul 2010, 16:28

ABŞ prezidenti Barak Obama keçmiş prezident Bill Kinton və dövlət katibi Hillari Klintonun qızları Çelsinin toyuna dəvət almayıb.

 

Modern.az-ın məlumatına görə, ABC televiziya kanalının "The View" proqramında iştirak edən Obama “Toya dəvət edilmədim. Hesab edirəm ki, Hillari və Bill bunu qızları Çelsinin və kürəkənlərinin qərarına buraxıb”.

Obama hətta “yəqin bir toyda iki rəhbər istənmiyib” deyə zarafat da edib.

 

Çelsi Klintonun iş adamı olan nişanlısı Mark Mezvinski ilə toy mərasimi iyul ayının 31-də olacaq.

 

Toya Klinton dövründə Prezident köməkçisi olan Al Qore və Barbara Streysand, Steven Spilberq, Ted Turner kimi məşhurların da qatılmayacağı bildirilib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı