Modern.az

Kolleclərə qəbul imtahanları 29 avqustda keçiriləcək

Kolleclərə qəbul imtahanları 29 avqustda keçiriləcək

13 Avqust 2010, 13:38

2010/2011-ci tədris ili üçün  ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu avqustun 11-də başa çatıb. Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə bildirb ki, xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak ediblər. Seçmə turlar ilk dəfə olaraq Tələbə Qəbulu üzrə Dövlət Komis­siya­sı­nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilib.

İlkin statistik məlumatlara əsasən ümumi (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 30660 abituriyent ərizə təqdim edib.

Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9576 plan yerindən 8539-u Azərbaycan bölməsinə, 242 yer rus bölməsinə, 795  yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

M.Abbaszadə deyib ki, qəbul imtahanı avqustun 29-da Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay  və Quba şəhərlərində keçiriləcək.

Vüqar Ağamalıoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı