Modern.az

Türkiyə səfirliyi Abdulla Gülün Bakı səfərinə dair məlumat yaydı

Türkiyə səfirliyi Abdulla Gülün Bakı səfərinə dair məlumat yaydı

Təhsil

13 Avqust 2010, 16:12

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi prezident Abdulla Gülün ölkəmizə səfəri ilə bağlı məlumat açıqlayıb.
Səfirlikdən Modern.az-a verilən məlumata görə, Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün başçılıq edəcəyi nümayəndə heyəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəvəti ilə  16-17 avqust 2010 tarixində Azərbaycana rəsmi səfərə gələcək.

"Cihan" agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Bakıda Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri  Hacı Allahşükü Paşazadə ilə görüşəcək.

Türkiyə Prezidentinin rəsmi səfəri bazar ertəsi başlayacaq və iki gün davam edəcək. Səfər gedişində Abdulla Gülü Türkiyənin energetika naziri Taner Yıldız müşayiət edəcək.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü