Modern.az

AŞPA-nın deputatları Mübariz İbrahimov barəsində məlumatlandırılıblar

AŞPA-nın deputatları Mübariz İbrahimov barəsində məlumatlandırılıblar

21 Avqust 2010, 20:33

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədinin qaytarılmaması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları məlumatlandırılıblar. (AzərTAc)
Bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
S.Seyidov bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov işğal altında olan torpaqlarımızı müdafiə edərək şəhid olub. "Çox təəssüf, neçə müddətdir ki, Mübariz İbrahimovun cəsədi ermənilərdədir. İşğalçı ölkə rəsmiləri müxtəlif hiyləgər bəhanələrlə cəsədin Azərbaycana verilməsinə əngəllər yaradırlar. Belə hərəkətlər ermənilərin iç üzünün əsl mahiyyətini ortaya qoyur. Bu, bir daha təsdiq edir ki, Ermənistan təcavüzkar dövlətdir. Cəsədi qaytarmamaqla Ermənistan sivil, insani və bütün başqa beynəlxalq qanunları pozur.
Bu məlumat artıq bütün dünyaya bəllidir. Bu istiqamətdə dayanmadan işlər gedir və AŞPA-nın deputatlarının da bu məsələdən məlumatları vardır. Dağlıq Qarabağdan danışarkən, ümumiyyətlə, bütün məsələlərdən - insan faciəsindən, ekoloji məsələlərdən, Ermənistanın qeyri-konstruktiv hərəkətlərindən, sərhəddə baş verən hadisələrdən söhbət açırıq. Biz də çalışırıq ki, qəhrəmanımızın cəsədinin qaytarılmasına və erməni vandalizminin mahiyyətinin açılmasına nail olaq". 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı