Modern.az

Qadın nifrəti - Maşını cızan qadının üstündən 3 dəfə keçdi - VİDEO

Qadın nifrəti - Maşını cızan qadının üstündən 3 dəfə keçdi - VİDEO

Dünya

30 Dekabr 2014, 14:38

Rusiyanın Yakutiya Muxtar Respublikasında tükürpədici hadisə baş verib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, muxtar bölgənin Aldan qəsəbəsindəki yerli xəstəxanalardan birində laborant işləyən Mariya Şkurina maşınının üst örtüyünü təsadüfən cızdığı üçün qonşusuna xəsarətlər yetirib və 3 dəfə onun üstündən keçib. Müşahidə kameralarından birinin lentinə düşən kadrlarda dar küçədə maşını ilə hərəkət edən Mariya Şkurinanın qonşusunun ayağının üstündən keçdiyi və ağrıdan özünü itirən qadının təsadüfən maşına toxunaraq onu cızdığı görünür. Maşının sahibi dərhal qonşusuna yaxınlaşaraq ona öz etirazını bildirir və ağrıdan huşunu itirən qonşusunun üzərinə maşınla hərəkət edir. Xoşbəxtlikdən huşunu itirməyən qadın kənara çəkilərək yalnız əlinin əzilməsi ilə canını qurtara bilir. Modern.az qadın nifrətinin sərhədsizliyin göstərən həmin kadrları təqdim edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı