Modern.az

Tatarıstanda matəm élan olunub

Tatarıstanda matəm élan olunub

Dünya

14 Mart 2015, 00:03



Kazan şəhərindəki “Admiral” ticarət mərkəzində baş vermiş faciə ilə bağlı martın 14-də Tatarıstanda matəm elan olunub
Rusiya mediasının məlumatına görə, Tatarıstan prezidenti Rüstəm Minnixanov matəmlə bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, martın 14-də Tatarıstan ərazisində dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər ləğv olunacaq, respublika televiziyalarının proqramlarında dəyişiklik ediləcək.

Martın 11-də baş vermiş güclü yanğın nəticəsində ticarət mərkəzinin bir hissəsi dağılıb. Dağıntılar altından indiyədək 15 nəfərin cəsədi çıxarılıb, 10 nəfərdən çox insan itkin düşmüş sayılır.

Faktla bağlı cinayət işi açılıb, mərkəzin icarədarı olan azərbaycanlı sahibkar iki ay müddətinə həbs olunub.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı