Modern.az

Daha bir türk futbolçu “Atletiko”ya gedə bilər

Daha bir türk futbolçu “Atletiko”ya gedə bilər

Dünya

21 Mart 2015, 12:18



Son illər yüksəliş dövrünü yaşayan Madridin “Atletiko” Madrid klubunun baş məşqçisi argentinalı mütəxəssis Dieqo Siemone Arda Turanla bərabər başqa bir türk futbolçunun da komandada forma geyməsini istəyir. Modern.az xəbər verir ki, bu, hazırda Şenol Günəşin çalışdırdığı “Bursaspor”un futbolçusu Ozan Tayfundur. İspaniya klubunun rəsmiləri gənc futbolçunun oyununa baxmaqdan ötrü Türkiyəyə gəlib və “Bursapor”un “Balıkesirspor”la oyununu stadiondan izləyiblər. Türkiyə mediasının iddialarına görə, “Atletiko” gənc türk futbolçu üçün “Bursaspor”a 15 milyon avro ödəməyə hazırdır. Ozan Tayfunun 2018-ci ilə qədər “Bursaspor”la müqaviləsi var.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü