Modern.az

“Fənərbağça”nın hollandiyalı ulduzu vətəninə qayıdır

“Fənərbağça”nın hollandiyalı ulduzu vətəninə qayıdır

Dünya

10 Aprel 2015, 10:43


Türkiyə Superliqasının son turunda “Fənərbağça” futbol klubunun Rizədən qayıdarkən silahlı hücuma məruz qalması komandadaxili əhval-ruhiyyəni pozub. Türkiyə mediasının yazdığına əsasən, klubda çıxış edən əcnəbi ulduz oyunçular Musa Sou, Bruno Alveş və Dirk Kuyt və başqaları təcili olaraq “Fənərbağça”dan ayrılmaq qərarını veriblər.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hollandiyalı hücumçunun klubdan ayrılması rəsmən təsdiqlənib. 34 yaşlı hücumçu bu hadisələrdən sonra meneceri ilə görüşərkən yeni klubda oynamaq istədiyini bildirib. Kuytun bu istəyinə tez bir zamanda cavab verilib. Belə ki, Dirk Kuyt futbol karyerasına başladığı Rotterdamın “Feyenoord” klubu ilə bir illik müqavilə imzalayıb. Hollandiya mediasına açıqlama verən ulduz futbolçu elə bu komanda da karyerasını bitirmək istədiyini bildirib.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı