Modern.az

Sonsuz məşhurlar...

Sonsuz məşhurlar...

Reportaj

2 Avqust 2015, 18:21

BMT-nin hesablamalarına görə, dünyada yetkinlik yaşına çatmış insanların 8%-i sonsuzluq xəstəliyindən əziyyət çəkir. Həm qadınlarda, həm də kişilərdə müşahidə olunan bu xəstəlik bir çox ailələrin dağılmasına da səbəb olur. Övlad həsrəti çəkən belə insanlar arasında dünyaca məşhurlar da az deyil. Modern.az saytı sonsuzluq xəstəliyindən əziyyət çəkən və övlad sahibi ola bilməyən məşhurları təqdim edir.

Vladimir İliç Lenin

SSRİ-nin yaradıcısı, alovlu inqilabçı və dahi nəzəriyyəçi olan Lenin 54 illik ömrü boyun ata ola bilmədi. Onun inqilabçı Nadejda Krupskaya ilə 30 illik evliyi uşaqsız olub. Lenin şəxsi həyatı ilə bağlı aparılan son araşdırmalara görə, o, gəncliyində eyni zamanda honoreya və sifilis infeksiyalarından əziyyət çəkib. Nəticədə proletariatın rəhbəri ömrünün sonuna qədər impotensiya xəstəliyindən əziyyət çəkib.

 Adolf Hitler

Almaniyalı araşdırmaçılar Henrix Everle və Hans Yoahim Noyman Hitlerin şəxsi həyatına işıq salan geniş araşdırma aparıblar. Aydın olub ki, İkinci Dünya Müharibəsinin baiskarı hipertenziya, xroniki yorğunluq və Parkinson xəstəliyinin ilkin əlamətlərindən əziyyət çəkib. Bundan başqa, o, cinsi zəiflikdən də əziyyət çəkib və kokain də daxil olmaqla 28 müxtəlif adda dərman qəbul edib. Müasirləri Hitlerin sevgilisi və ölümünə 40 saat qalmış evləndiyi Yeva Braunla görüşdən əvvəl orqanizminə testesteron və cinsi aktivliyi artıran digər hormonları daxil etdiyin yazırlar.   

Şeron Stoun

90-cı illərdə Hollivudun 1 nömrəli gözəli sayılan Şeron Stounun ana olmaq cəhdləri nəticə verməyib. 1998-ci ildə biznemsen Fil Bronşteynlə ailə həyatı quran aktrisa 2 dəfə uğursuz hamiləlik keçirdikdən sonra həyat yoldaşı ilə Roen Bronşteyn adı verdiyi  uşağı övladlığa götürüblər. 2005 və 2006-cı illərdə aktrisa Lerd Sotun və Kuin Sotun adlı daha 2 uşağı övladlığa götürüb.

Layma Vaykule

Sovet estradasının latış əsilli ulduzu Layma Vaykule də sonsuzluqdan əziyyət çəkən məşhurlardan biridir. Amma müğənni bu mərəzi andangəlmə deyil, 18 yaşı olarkən qazanıb. 61 yaşlı Vaykule hələ gənc yaşlarından hamilə olduğunu öyrəndikdə müğənnilik karyerasını davam etdirmək üçün abort etdirib. Həmin abort əməliyyatından sonra aktrisa ana olmaq şanslarını həmişəlik itirib.

Modern.az saytı sonsuzluqdan əziyyət çəkmiş digər məşhurların siyahsını təqdim edir.

Jan-Pol Sartr (filosof)

Emmanuil Kant (filosof)

İsaak Nyuton (fizik)

Edqar Allen Po (yazıçı)

Ameriqo Vespuççi (səyyah)

Emil Zolya (yazıçı)

Liya Axedjakova (aktrisa)

Leonardo da Vinçi (ixtiraçı, rəssam)

Rene Dekart (filosof)

Fridrix Nitşe (filosof)

Ceyn Ostin (yazıçı)

Lüdviq van Bethoven (bəstəkar)

Martiya Kallas (opera müğənnisi)

Koko de Şanel (dizayner)

Faina Ranevskaya (aktrisa)

Opra Uinfri (teleaparıcı)

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır