Modern.az

İsrail heç bir şərtsiz Fələstinlə danışıqlara hazırdır

 İsrail heç bir şərtsiz Fələstinlə danışıqlara hazırdır

Dünya

2 Sentyabr 2015, 20:52

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, fələstinlilərlə heç bir şərtsiz Ramallah və ya hər hansı bir yerdə müzakirə aparmağa hazırdılar. 

“Sülhpərəst Qadın Hərəkatı” üzvlərindən birinin məlumatına görə, baş nazir onlarla görüşündə fələstinlilərlə yenidən sülh masasına oturmağa hazır olduğunu bildirib: “Fələstinlilərlə müzakirə aparmaq üçün heç bir şərtimiz yoxdur. Danışıqlar üçün Ramallah və ya hər hansı bir yerə də getməyə hazıram. Mümkün olan həll yolu iki xalq üçün iki dövlətdir. Əgər görüş üçün Fələstinin dövlət başçısı da razıdırsa, mən hazıram”.  

Qeyd edək ki, Fələstinlə İsrail arasında son sülh danışıqları 2014-cü ilin aprelində baş tutub. 

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı