Modern.az

Xüsusi təhlükəli cinayətkarlar həbsxanadan qaçdı – FOTO

Xüsusi təhlükəli cinayətkarlar həbsxanadan qaçdı – FOTO

Dünya

12 Oktyabr 2015, 10:43


Qırğızıstanın Aşağı Nooruz kəndində yerləşən saxlanma təcridxanasından xüsusi təhlükəli 4 cinayətkar qaçıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkarlar 3 mühafizəçini öldürdükdən sonra ələ keçirdikləri maşınla ərazini tərk ediblər.

Polis onların bir hissəsini qısa müddətdə həbs etsə də, 4 cinayətkar təqibdən yayınmağa nail olub. Onların hamısının terrorizm və ekstremizm ittihamı ilə ömürlük həbsə məhkum edildiyi bildirilir. 

Qaçışın baş verdiyi Aşağı Nooruz kəndi paytaxt Bişkekin bir neçə kilometrliyində yerləşdiyi üçün şəhərdə geniş təhlükəsizlik tədbirləri həyata keçirilir.  

Vüqar İsmayılov   

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı