Modern.az

Məscidlərdə oğurluqlar...Hacı Faiz: “Oğrular məscid tanımırlar...”

Məscidlərdə oğurluqlar...Hacı Faiz: “Oğrular məscid tanımırlar...”

Ölkə

1 Noyabr 2010, 17:42


Bəzi insanlar məişətdə özlərini necə aparırlarsa, ibadət yerlərində də o cür davranırlar. Elə biri oğurluqlarla məşğul olanlar... Son zamanlar məscidlərimizdə oğurluq halları artıb...

Təzəpir məscidinin axundu Hacı Faiz Nağızadə Modern.az saytına açıqlamasında deyib ki, oğurluq halları hər yerdə var, oğru olan şəxs idarə, məscid tanımır: “Onun niyyəti oğurluq etməkdirsə, bunu edəcək. Oğru olan adam bankdan, evdən, məsciddən də oğruluq edir. Oğurluq dini baxımdan həm gunah, həm də haramdır. Bunun qarşısını almaq üçün məscidlərimizdə nəzarət kameraları quraşdırılır və artıq bir neçə məsciddə nəzarət kameraları işləyir. Özü də nəzarət kameraları məscidlərdə tək oğurluğun qarşısını almaq məqsədilə quraşdırılmır, ümumilikdə məscidə nəzarət məqsədi ilə qoyulur”.

Hacı Faiz Nağızadə onu da bildirib ki, məsciddə baş verən oğurluqlarla bağlı onlara xeyli müraciətlər olur: “İndi də belə müraciətlər daxil olur və guman edirəm ki, bu, gələcəkdə də olacaq.
“Şeytan ölməyİb ki? O var, şər işlərlə məşğuldur... Bizə muracət olunan oğurluqla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilir. Tədbir görmək isə artıq hüquq-mühafizə orqanların səlahiyyətində olan bir işdir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis  polkovnik-leytenantı Ehsan Zahidov bildirib ki, məscidlərdə baş verən oğurluq halları ilə birbaşa DİN-ə şikayət edilmir: “Məscid hansı rayonun ərazisində yerləşirsə və oğurluq olanda həmin rayonun polis idarəsinə və yaxud polis şöbəsinə müraciət olunur”.

Bəs oğrular məsciddən nə oğurlayırlar?
Ayrı-ayrı ibadətgahların axundları bizimlə söhbətdə bildiriblər ki, oğrular məscidlərə namaz qılan “dindarlar” kimi daxil olurlar. Sonra imkan düşən kimi dəstəmaz almağa gedənlərin ayaqqabılarını oğurlayırlar, hətta namaz vaxtı ibadət edənlərin ciblərinə girərək mobil telefon, pul kisələri çıxarırlar. Mənəviyyatlarını itirmiş həmin şəxslər hətta məscidlərdən qab-qacaq oğurlamaqdan belə çəkinmirlər...

Mail AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır