Modern.az

Deputatlığa namizəd Baba Tağıyev: "...belə cəhdlər boşa cıxacaq"

Deputatlığa namizəd Baba Tağıyev: "...belə cəhdlər boşa cıxacaq"

Təhsil

2 Noyabr 2010, 17:39

Noyabrın 1-də Sumqayıt şəhəri 18 – ci mkr. 21-ci evin qarşısındakı Xeyir-şər binasında  44 saylı Sumqayıt-Abseron seçki dairəsindən deputatlığa namizəd Tagıyev Baba Əli oğlu seçicilərlə növbəti görüş keçirib.

Görüşdə seçicilər - Sumqayıt sakinləri Abbasov Ramiz, Həsənov Abdul çıxış edərək namizədə uğurlar arzulayıblar. Görüşdə seçicilər qarşısında çıxış edən namizəd Baba Tağıyev deyib:

“Azərbaycanda həmişe seçki, demokratik keçib. Amma bəzi mafioz qruplar seçkinin demokratikliyinə, şəffaflığına kölgə salmaq istəyirlər. O insanlar, un və digər ərzaq məhsulları paylamaqla, bu yollara əl atmaqla özlərini gülünc vəziyyətə salırlar. Ancaq belə cəhdlər boşa cıxacaq. Çünki Azərbaycanda  həmişə seçkilər demokratik keçdiyi kimi bu dəfə də tam Avropa standartlarına uyğun seçki keçiriləcək.

Bunları ona əsaslanıb deyirəm ki, seçkiqabağı kampaniya dövru dövlət strukturlarından heç bir müdaxilə  ilə rastlaşmamışam. Əksinə bütün   namizədlər üçün normal və bərabər şərait yaradıldığının şahidi oluram. Mən elə müvafiq struktur və qurumlara bir namizəd kimi öz minnətdarlığımı bildirirəm”.

 

 


Seçki qərargahı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir