Modern.az

Yeni Milli Məclisdə kim kimin yanında oturacaq?

Yeni Milli Məclisdə kim kimin yanında oturacaq?

Parlament

20 Noyabr 2010, 22:28

7 noyabr seçkiləri nəticəsində 4-cü çağırış Milli Məclisə mandat qazanan deputatlığa namizədlərin adı Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ictimaiyyətə élan olunub. Qalır indi onların deputat seçilməsinin Konstitutsiya Məhkəməsi tərəfindən təsdiqlənməsi. Bəs yeni parlamentdə kim harada və kimin yanında oturacaq?

 

Modern.az saytı bu sualla səbirsizliklə Konstitutsiya Məhkəməsinin seçkilərin nəticəsinin təsdiqinə dair qərarını gözləyən qalib namizədlərə müraciət edib.

 

Əməkdaşımız ötən parlamentin üzvü olan və bu dəfə də qalib gələn 15-ə yaxın deputatla əlaqə saxlayıb. Yeni parlamentə təkrar seçilən deputatların demək olar ki, hamısı eyni cavabı verib: “Əvvəlki yerimdə oturacağam, kreslomu dəyişmək fikrim yoxdur”.

Bununla yanaşı, iki yeni qalib deputatlığa namizəd də sualımızı cavablandırıb.

Xatırladaq ki, Milli Məclisə seçilən 125 nəfər deputat arasında ilk dəfə mandat qazanan 38 şəxs də var.

 

41 saylı Sumqayıt I Seçki Dairəsinin qalibi - Sumqayıt şəhər 18 saylı məktəbin direktoru, YAP üzvü Leyla Abdullayeva deyib ki, o, yeni Milli Məclisdə hansı yerdə, kimin yanında əyləşəcəyini müəyyənləşdirməyib: “Bu barədə hələ bir söz deyə bilmərəm. İnşallah, Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqləyər, ondan sonra parlamentdə haranı məsləhət bilərlər, orada da əyləşərəm”. 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin qalibi - Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyin sədri, bitərəf Çingiz Qənizadə də parlamentin iclas salonunda kimin yanında oturacağını özü üçün dəqiqləşdirməyib: “Hələ deyə bilmərəm kimin yanında oturacam. Qoy yeni Milli Məclis öz işinə başlasın, mən də oradakı ab-havaya uyğun olaraq özümə yer secəcəm”.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü