Modern.az

Qarabağ həqiqətləri müzakirə olunub

Qarabağ həqiqətləri müzakirə olunub

25 Noyabr 2010, 18:53

Azərbaycan Media Mərkəzində Srtateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən “Qarabağ həqiqətləri: mövcud problemlər və perspektivlər”  mövzusunda konfrans keçirilib.

Modern.az-ın məlumatına, konfransda giriş sözü ilə çıxış edən İctimai Birliyin sədri Azad Məsiyev ermənilərin tarix boyu xalqımızın başına gətirdikləri müsibətlərdən danışaraq qeyd edib ki, “erməni talançıları tərəfindən 20% torpağımızın işğal edilməsinə baxmayaraq, onlar yenə də öz mənfur əməllərindən əl çəkmirlər”.

O, deyib ki, İctimai Birliyin Qarabağa dair layihəni həyata keçirməkdə əsas məqsədi Azərbaycan- Ermənistan müharibəsinin indiki mərhələsində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Xatırladaq ki, konfrans Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə ictimi təşəbbüsün artırılması” layihəsi çərçivəsdə həyata keçirilib. Tədbirdə mətbuat nümayəndəri  yanaşı, bir sıra ictimai təşkilatlartdan da nümayəndələr iştirak edib. Ümumilikdə konfransın gedişində mövzu ilə bağlı bir sıra fikirlər söyənilib, mülahizələr aparılıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı