Modern.az

ABŞ-da Məhəmmədlər 100 dəfə artıb

ABŞ-da Məhəmmədlər 100 dəfə artıb

Dünya

7 Yanvar 2016, 12:34


ABŞ-da son yarım əsrdə valideynlərin yeni doğulan övladlarına Məhəmməd adı verməsi 100 dəfə artıb. Modern.az  bildirir ki, “Daily Mail”in yaydığı məlumata görə, 1964-cü ildə yalnız 29 körpə peyğəmbərin şərəfinə adlandırılıb. On il sonra bu ölkədə doğulan Məhəmmədlərin sayı 142, daha on il sonra 571 nəfər olub.

Araşdırmaçılar qeyd edirlər ki, Məhəmməd adı verilənlərin nəzərəçarpacaq azalması – 2001-ci ildə 2222 nəfərdən  2004-cü ildə 1816 nəfərə düşüb. Bu, 2001-ci ildə “Əl-Qaidə” terror qruplaşmasının terrorçu-kamikadzeləri Nyu-Yorkda törətdikləri silsilə terrorlar zamanı 2977 dinc sakinin ölümündən sonra baş verib.

Ancaq sonradan ölkədə müsəlmanlar əleyhinə qəzəb bir qədər səngiyib. Beləliklə, 2014-cü ildə ABŞ-da artıq peyğəmbərin adı verilən 2931 uşaq doğulub.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü