Modern.az

Kralın bacısı məhkəmə qarşısına çıxarılır

Kralın bacısı məhkəmə qarşısına çıxarılır

7 Yanvar 2016, 17:31


İspaniya kralı VI Felipenin bacısı Kristina yanvarın 11-də məhkəmə qarşısına çıxacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kralın bacısının əri İnyaki Urdanqarina 5,8 milyon avro vəsaiti mənimsəməkdə, vergidən yayınmaqda və yalan ifadə verməkdə ittiham olunur.

İstintaq Kristinanın da 2007 və 2009-cu ildə ərinə iki vergi cinayətində yardım etdiyini bildirir.  

Kral ailəsinin 49 yaşlı üzvü ilə bağlı keçiriləcək məhkəmə prosesində böyük rezonans gözlənilir.  

Təsadüfi deyil ki, prosesi işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən 590 jurnalist akkreditasiyadan keçib. Proses təhlükəsizlik məqsədilə Balear adalarındakı Palma-de-Mayorka şəhərində baş tutacaq.    

Vüqar İsmayılov      

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü