Modern.az

Atalarına görə tanınan prezident qızları - FOTOLAR

Atalarına görə tanınan prezident qızları - FOTOLAR

Reportaj

20 Fevral 2016, 10:07

Dövlət başçılarının şəxsi həyatı verdikləri seçki vədləri və həyata keçirdikləri siyasətlə paralel şəkildə ictimaiyyət üçün maraq kəsb edir. Üzdə sərt görünən, siyasi polemikalarda opponetlərinə qarşı sərtlik nümayiş etdirən dövlət başçılarının məişət həyatında ailə üzvləri ilə münasibətləri çoxları üçün maraqlıdır, xüsusən, əgər dövlət başçsıının qızları varsa... Modern.az saytı dövlət başçlarını və onların qızlarının fotolarını təqdim edir.  


Özbəkistan tarxinin yeganə və əvəzsiz prezidenti İslam Kərimov 2 qız atasıdır. Onun Tatyana Kərimova ilə nikahdan Gülnarə Kərimova (1972) və Lola Kərimova (1978) adlı 2 qızı var. Bundan başqa, İslam Kərimovun ilk nikahda Natalya Kuçmidən (2008-ci ildə vəfat edib) Pyotr adı oğlu da var.  


Digər Mərkəzi Asiya respublikasının əvəzsiz lideri Nursultan Nazarbayev də qız atasıdır. Onun Dariqa (1963), Dinara (1967) və Aliyə (1980) adlı 3 qızı var. Qazaxıstan prezidenti 1962-ci ildə Sara Nazarbayeva ilə evlənib.


ABŞ prezidenti Barak Obamanın
isə Maliya Enn (1998) və Nataşa (2002) adlı 2 qızı var. Obama 1992-ci ildən Mişel Obama ilə evlidir. 


Daha bir dünya nəhəngi olan Rusiyada da prezident ailəsində yalnız qız övladları var. Övladlarının şəxsi həyatını maksimim səviyyədə ictimaiyyətin gözündən gizlətməyə çalışan Vladimir Putinin Mariya (1985) və Katerina (1986) adlı qız övladlarının olduğu məlumdur. Rusiya prezidenti 1983-cü ildə ailə həyatı qurduğu övadlarının anası Lüdmila Şkrebnevadan 2014-cü ilin martında boşanıb.


İtaliyanın həmişə ictimaiyyətin marağında olan qalmaqallı keçmiş baş naziri Silvio Berluskoni isə həm qız, həm də oğul övladları ilə fəxr edir. Ehtiraslı siyasətçinin Karlo Dallolyo ilə 1965-ci ildə qurduğu birinci nikahından Pyersilviyo (1969) adlı oğlu və Mariya Elvira (1966) adlı qızı, 1980-c iildən evli olduğu Veronika Loriyadan isə Barbara (1984), Eleonora (1986)  qızları və Luici (1988) adlı oğlu var. Bu il 80 illik yubileyini qeyd edəcək Berluskoni hər 3 qızını ailə biznesinə cəlb edə bilib.


Son illərdə şəxsi həyatındakı “sevgi üçbucağı” ilə cəmiyyətin tənqidinə tuş gələn Fransa prezidenti Fransua Olland 4 uşaq – 2 qız və 2 oğlan atasıdır. Onun oğulları Toma (1984), Jülyen (1987), qızları Klemans (1985) və Flora (1992) 1973-cü ildən bəri 25 il vətəndaş nihahında olduğu Seqolen Royaladan doğulub. 2007-ci ildən Royaladan ayrılan prezident Olland sonradan jurnalist Valeri Trierveyler və aktrisa Jüli Qaye ilə sevgi münasibətləri yaşamışdı.


Böyük Britaniya baş naziri Devid Kemeron
isə həyat yoldaşına sadiqdir. O 1996-cı ildən zadəgan əsilli Samanta Kemeronla evlidir. Onların İvan Kemeron (2002), Nensi Qven (2004), Artur Keermon (2006) və Florens Kemeron (2010) adlı adlı 2 qız, 2 oğul övladı doğulub.
2009-cu ildə baş nazirin epilepsiyadan əziyyət çəkən böyük oğlu İvan dünyasını dəyişmişdi.


Ermənistan prezidenti Serj Sərkisyanın
isə Rita Sərkisyanla nikahından 2 qız övladı doğulub. Onun böyük qızı Anuş Sərkisyan (1984) ölkənin Vatikadankı səfiri Mikael Minasyanla evlidir. Kiçik qız Satenik (1987) isə Kontitusiya Məhkəməsinin sədri Qaqik Xaçaturyanın qohumu Ayk Xaçatryanla ailəlidir.


Vətəndaş müharibəsinin davam etdiyi Suriyada prezident ailəsi diqqət mərkəzindədir. Prezident Bəşər Əsəd 2001-ci ildə maliyyə analitiki Əsma Əsədlə ailə həyatlı qurub. Onların Hafiz (2001), Zeyn (2003) və Kərim (2004) adlı övladları var. Prezidentin yeganə qızı Zeyn təhlükəsizlik məqsədilə xüsusi nəzarət altında yaşayır. 


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan
çoxuşaqlı ailə başçısıdır. Prezidentin 1978-ci ildə ailə həyatı qurduğu Əminə xanımla evlilikdən Burak (1979), Bilal (1980) adlı oğulları, Əsra (1983) və Süməyya adı 2 qızı var.


Gürcüstan prezidenti Georgi Marqvelaşvili
isə heç vaxt rəsmi nikaha girməsə də, onun Anna Marqvelaşvili (1993) adlı yeganə qız övladı var. Hazırda Georgi Marqvelaşvili rəssam Maka Çiçua ilə evlidir. Onların 2015-ci ilin fevralında Teymuraz adlı oğulları doğulub.


Ukrayna prezidenti Pyotr Poroşenko
da çoxuşaqlı ata sayılır. Prezidentin 1992-ci ildə evləndiyi Marina Perevedentseva ilə nikahdan Aleksey (1985), Mixail (2001) adlı oğulları, Yevgeniya və Aleksandra (2000) adlı əkiz qızları var.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır