Modern.az

Beynəlxalq təşkilat ilk dəfə Azərbaycandakı MİLYONERLƏR haqda məlumat yaydı

Beynəlxalq təşkilat ilk dəfə Azərbaycandakı MİLYONERLƏR haqda məlumat yaydı

Reportaj

2 Mart 2016, 15:22

2015-ci ilin sonlarında dünyada sərvəti 30 milyon dolları aşan 187 min 500 nəfərdən çox adam olub.

Modern.az saytı xəbər verir ki, ABŞ-ın “Knight Frank” şirkətinin “The Wealth Report” adı altında hazırladığı hesabatda qeyd olunur ki, həmin multimilyonerlərin sayı 2015-ci ilin əvvəllərinə nisbətən 5 min 500 nəfər azalıb.

Hesabata görə, 30 milyon dollardan artıq pulu olan dünya zənginlərinin varidatı 20,8 trilyon dollardan 19,3 trilyona qədər azalıb.

“Knight Frank” şirkəti zənginlərin sayının kəskin azalmasını 2015-ci ildə dünya fond birjalarının ideksinin azalmasında, dünya daşınmaz əmlak bazarında vəziyyətin pisləşməsində, o cümlədən aparıcı xammal məhsullarının qiymətinin ucuzlaşmasında görür.

Hesabata əsasən, 30 mliyondan artıq sərvəti olan multimilyonerlərin sayı Latın Amerikasında 9%, Rusiya və MDB məkanında 4%, Afrikada 3% azalıb.

“The Wealth Report”un məlumatına görə, 2015-ci ildə dünyada milyarderlərin sayı 3%, yaxud 63 nəfər azalaraq, 1982 nəfərdən 1919-a düşüb.

Maraqlıdır ki, hesabatda Azərbaycandakı zənginlərə də yer verilib. Bildirilib ki, Azərbaycanda 30 milyon dollardan artıq sərvəti olan şəxslərin sayı 2005-ci ilə nisbətən 444% artıb. Bu artım tempinə görə, Azərbaycan Monqolustandan sonra (475%) dünya ikinici olub.
3-cü pillədə isə 354% artımla Vyetnam qərarlaşıb.

“Knight Frank”ın proqnozlarına görə, 2025-ci ilə qədər dünyadakı dollar milyonerlərinin sayı 13,5 milyonu keçəcək. Onlrın ümumi kapitalı isə 66 milyard dollar olacaq.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı