Modern.az

Baş nazir parlamentə hecabat verdi

Baş nazir parlamentə hecabat verdi

Parlament

15 Mart 2016, 12:19

Bu saatlarda Milli Məclisin iclası keçirilir. Modern.az-ın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, Milli Məclisin hər zamankı kimi 5-ci iclası hökumətin hesabatına yönəlib.

O bildirib ki, dünyada baş verən hadisələr, iqtisadi böhran Azərbaycandan da yan keçməyib və prezidentin uğurlu siyasəti nəticəsində ölkəmizə az təsir edib.

Parlament sədri deyib ki, bu məqamlar hesabatda da hiss edilib.

“Hər zaman olduğu kimi investisiya qoyuluşlarına görə Azərbaycan 2015-ci ildə də cəlbedici olub. İnfrastruktur və sosial layihələrə 16 milyard manat sərf edilib. 2015-ci ildə 165 ölkə ilə ticarət dövriyyəsi həyata keçirilib. Neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna 8 milyarddan çox vəsait sərf edilib”.

Baş nazir Artur Rasizadə hazırda hökumətin ötən ilə dair hesabatını təqdim edir.

Aytən Zəhra

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü