Bir neçə gün əvvəl Qazax rayonunda tapılmış naməlum qadın meyitinin şəxsiyyəti müəyyənləşib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, meyit Gürcüstan vətəndaşı, 1977-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsusdur.
Onun Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən qətlə yetirildiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.
Modern.az