Modern.az

Qənimət Zahidin qohumlarına 6 il həbs verildi

Qənimət Zahidin qohumlarına 6 il həbs verildi

28 İyun 2016, 19:07

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbsdə olan qohumlarına iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov hər biri 6 il azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl Rüfət və Rövşən Zahidovlar məhkəməyə son sözlərində günahsız olduqlarını, Qənimət Zahidin qohumu olduqlarına görə şərlənərək həbs edildiklərini bildiriblər.

"Əmimə görə tutulmuşam. Bunu müstəntiq özü də mənə dedi. Nəinki narkotik satışı, heç istifadəçi də deyiləm. Bu şeylərdən uzaq adamam. Möhtərəm hakim, hamısı şər-böhtandı", - Rüfət Zahidov son sözündə bildirib.

Rövşən Zahidov da qeyd edib ki, Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Polaq Qarayev ona Qənimət Zahidin qohumu olduğuna görə həbs edildiyini açıq şəkildə deyib.

Zahidovlar məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı Rüfət və Rövşən Zahidovları "vicdan məhbusu" elan edib.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!