Türkiyədə Fətullahçılarla əlaqədə olması şübhəli bilinənlərin həbsi davam edir.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Türkiyə polisi İzmirdə Fətullah Gülən tərəfdarlarının aşkar edilməsi məqsədilə xüsusi əməliyyat keçirir.
Əməliyyat nəticəsində artıq general-leytenant Həmzə Koçyiğit, Baş Qərargahın sabiq başçısının köməkçisi general Yaşar Böyükanıt, polkovnik Gürsel Yüca və digər 20 nəfər şəxs həbs edilib.
Türkiyənin Konya şəhərində isə çevrilişə cəhdlə bağlı saxlanılan 20 vəkildən 12-i artıq cəhddə iştirak ittihamı ilə həbs olunublar.
Digər saxlanılan vəkillərin ifadələri prokurorluqda alındıqdan sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.
Ağa AKİFOĞLU