Modern.az

Azərbaycanlı deputat AŞPA-da komitə iclasına sədrlik edib

Azərbaycanlı deputat AŞPA-da komitə iclasına sədrlik edib

Aktual

24 Sentyabr 2016, 12:09

Sentyabrın 22-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bərabərlik və qeyri-diskriminasiya və miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitələrinin iclası keçirilib.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda qaçqın qadınlara qarşı diskriminasiyaya və zorakılığa son qoyulması, müşayiət olunmayan azyaşlıların müdafiəsi, əmək bazarında miqrantların dəstəklənməsi məsələləri müzakirə edilib.

 

Azərbaycanlı xanım deputat Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitə müşayiət olunmayan azyaşlıların itkin düşməsinin qarşısını almaq üçün Avropa ölkələrini onların müdafiəsini təkmilləşdirməyə çağırıb.

İclasda bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında “qaçqın qadınların gender əsaslı zorakılıqdan müdafiəsi”nə dair hesabat dinlənilib.

 

Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitənin iclasında dövlətlərin hamilə qadınların həbs olunmasının qarşısını almaq və gender - həssaslı sığınacaq prosedurlarını təşviq etmək istiqamətində tədbir görmələri vurğulanıb.

 

Bundan başqa, qaçqınların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi, ictimai yerlərdə qadınlara qarşı təcavüz hallarının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib.

 

İclasda noyabr ayında keçiriləcək Dünya Demokratiya Forumunda iştirak edəcək nümayəndələr müəyyənləşdirilib.

 

Milli Məclisin deputatı Sahibə Qafarova müzakirə olunan məsələlərə münasibət bildirib.

 

 

Ağa AKİFOĞLU


Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?