Modern.az

Bakıda yeni "avtoş" peyda olub - VİDEO

Bakıda yeni "avtoş" peyda olub - VİDEO

Aktual

30 Sentyabr 2016, 23:57

Bakıda yeni "avtoş" peyda olub. "BMW" markalı, 10 GJ 011 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobil duracağında təhlükəli şou göstərir. Modern.az saytı xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, sürücü bahalı avtomobili ilə asfaltı "yazaraq" bu əməlini kameraya çəkdirib. O, bununla fəxr edirmiş kimi, görüntüləri sosial şəbəkələrdə və dostları arasında yaymağa başlayıb.

 

Araşdırmalar zamanı məlum olub ki, "avtoş" sürücü Bakıda yol hərəkəti qaydalarını pozmaqla da tanınır. Onun svetoforun qırmızı işığında keçdiyi və piyada keçidində piyadalara təhlükə yaratdığını əks etdirən görüntülər bunu deməyə əsas verir.

Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi həmin sürücü ilə bağlı müvafiq tədbirlər görəcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək