Modern.az

Əli Həsənov Türkiyə baş nazirinin müavinləri ilə görüşüb - Foto

Əli Həsənov Türkiyə baş nazirinin müavinləri ilə görüşüb - Foto

Aktual

25 Oktyabr 2016, 21:05

Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün də bir sıra görüşlər keçirib. Modern.az saytı xəbər verir ki, Azərtac-ın məlumatına görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşüb. Görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək