Modern.az

Beyləqana 3 milyon manat ayrıldı

Beyləqana 3 milyon manat ayrıldı

Aktual

15 Noyabr 2016, 18:19

Azərbaycan Prezidenti noyabrın 15-də “Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Beyləqanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok