Modern.az

Valyutadəyişmə məntəqələri bərpa edilir - Video

Valyutadəyişmə məntəqələri bərpa edilir - Video

Aktual

19 Aprel 2017, 21:43

Artıq banklardan başqa fiziki və hüqüqi şəxslər də valyuta mübadiləsi ilə məşğul ola biləcəklər. Məqsəd Azərbaycanda turizmin inkişafına dəstək verməkdir. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib. Təkliflərə münasibət bildirən Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bu fəaliyyət növünün genişlənməsinin vacibliyinə diqqət çəkib.

 

Valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü olaraq qeydə alınacaq və buna görə rüsum tətbiq olunacaq. Rüsumun 500 manat olacağı gözlənilir. Ancaq valyuta mübadiləsi ilə məşğul olmaq istəyənlər üçün başqa tələblər də var.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!