Modern.az

Putin Türkiyəyə yeni səfir təyin etdi

Putin Türkiyəyə yeni səfir təyin etdi

19 İyun 2017, 14:39

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə yeni səfir olaraq Aleksey Yerxovu təyin edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bun a qədər Yerxov Xarici İşlər Nazirliyinin böhran mərkəzi departamentinə rəhbərlik edib.

 

Aleksey Yerxov 1960-cı ildə doğulub. O 2009-2012-ci illərdə İstanbuldakı Rusiya konsulu olub.

 

Bundan əvvəlki səfir Andrey Karlov 2016-cı il dekabrın 19-da uğradığı silahlı hücum zamanı öldürülmüşdü.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir