Modern.az

Qobustan Qapalı Həbsxanası yeni əraziyə köçürüləcək

Qobustan Qapalı Həbsxanası yeni əraziyə köçürüləcək

Aktual

21 İyun 2017, 17:13

Bakının Qaradağ rayonu ərazisində, Umbakı qəsəbəsində yeni, müasir standartlara cavab verən qapalı həbsxananın tikintisi başa çatmaq üzrədir.

 

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib.

 

İdarə rəisi bildirib ki, bu həbsxana inşa olunarkən aparıcı beynəlxalq təcrübədən geniş istifadə olunub.

"Hətta Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi bu həbsxananın inşası zamanı onun müvafiq layihəsi ilə tanış olub. Burada məhkumların asudə vaxtının təşkil olunması, idmanla məşğul olması, cəmiyyətə tam reabilitasiya olunması məqsədilə müasir standartlara cavab verən şəraitin yaradılması ilə bağlı təşkilat tövsiyələrini verib. Beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir həbsxana inşa olunur və yaxın zamanlarda onun tikintisinin tamamlanması başa çatacaq”.

 

F.Qurbanov qeyd edib ki, həbsxana hazır olandan sonra Qobustan Qapalı Həbsxanası həmin müəssisəyə köçürüləcək.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?