ABŞ-da növbəti dəfə silahlı insident yaşanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Tennessi ştatının Neşvill şəhəri yaxınlığında baş verib.
İlkin məlumata əsasən, kilsədə baş verən atışma nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. İnsidentlə əlaqədar bir nəfərin saxlandığı bildirilir. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.