Modern.az

Yağışlar nə vaxt kəsəcək? - Milli Hidrometeorologiya Departamentindən AÇIQLAMA  

Yağışlar nə vaxt kəsəcək? - Milli Hidrometeorologiya Departamentindən AÇIQLAMA   

Aktual

4 Oktyabr 2017, 12:25

Artıq bir neçə gündür, həm Bakı və Abşeron ərazisində, həm də bölgələrdə intensiv yağışlar yağır. Təbii olaraq bu cür hava durumu müəyyən problemlərin ortaya çıxması ilə nəticələnib. Bu baxımdan əksəriyyət adamı yağışların nə zaman kəsəcəyi maraqlandırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova Modern.az-a açıqlamasında bildirib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti oktyabrın 5-dək davam edəcək:

“Artıq oktyabrın 5-i gündüz saatlarından hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayın 6-dan etibarən isə  havanın temperaturu bu günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi