Modern.az

Dizaynerin “zarafatı” idi – “Əli və Nino” üzr istədi

Dizaynerin “zarafatı” idi – “Əli və Nino” üzr istədi

Aktual

4 Oktyabr 2017, 17:02

“Əli və Nino” kitab mağazaları şəbəkəsi 5 oktyabr müəllimlər günü ilə bağlı 4-10 oktyabr tarixində kitablara endirim kampaniyası hazırlayıb. Lakin kampaniyada istifadə olunan reklam şəkli sosial şəbəkədə müzakirələrə səbəb olub. 

 

Əksəriyyət şəklin Azərbaycan müəllimi obrazına uyğun gəlmədiyini bildirib.

 

Modern.az xəbər verir ki, “Əli və Nino” kitab mağazalarının sosial şəbəkədəki səhifəsinə yazılan mənfi rəylərdən sonra şəkil silinib.

 

"Əli və Nino" kitab mağazaları şəbəkəsi özünün Feysbuk səhifəsində üzrxahlıq məlumatı yerləşdirib:

 

“Aksiya haqqında qoyulan poster dizaynerin "zarafatı" idi. Buna görə hamıdan üzr istəyirik! Aksiyamız davam edir, yolunuzu gözləyirik!”

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!