Modern.az

Elçibəyin qardaşı oğlu: “Atamın xərçəng xəstəsi olduğunu heç kimə demirdik”  

Elçibəyin qardaşı oğlu: “Atamın xərçəng xəstəsi olduğunu heç kimə demirdik”   

11 Oktyabr 2017, 11:19

“Atam 6-7 il olardı ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sadəcə, bunu heç kəsə deməməyi məsləhət etmişdi. Son 2 ayda isə vəziyyəti pisləşmişdi. Yarım saat olar ki, dünyasını dəyişib”.

Bunu Modern.az-a açıqlamasında mərhum Almurad Əliyevin oğlu Hürü Əliyev deyib.

Onun sözlərinə görə, atası Bakıda dəfn olunacaq.

“Atam Bakıda dəfn olunacaq. Güman ki, Yasamal qəbiristanlığında dəfn edəcəyik. Yuxarı daiərələrdən hələ ki, heç kim zəng edib başsağlığı verməyib. Bir azdan yəqin edərlər”..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok